Rusiya FHN Qarabağa xüsusi qrup göndərməyə hazırdır

246

Rusiya Prezidenti Vladimir Putin Fövqəladə Hallar naziri Yevgeni Ziniçevdən Dağlıq Qarabağdakı əhaliyə əlavə yardım göstərilməsi imkanları barədə məruzə etməsini istəyib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Yevgeni Nikolayeviç, əgər mülki əhaliyə əlavə yardım lazımdırsa, dərhal reaksiya vermək üçün nazirliyin hansı imkanları var?”, – deyə V.Putin bildirib.

Y.Ziniçev isə öz növbəsində bildirib ki, qərarın qəbul edilməsindən səkkiz saat sonra oraya xüsusi qrupun göndərilməsini təşkil etməyə hazırdır.

“Rusiya FHN Qarabağa yerli əhaliyə tibbi yardım üçün aeromobil hospital və personal göndərməyə hazırdır”, – deyə Y.Ziniçev qeyd edib.