“Rusiya Ermənistanı satıb, çətin vəziyyətdən çıxmaq istəyir”

342

Dilavər Əzimli: “Ermənilər Abxaziyaya sahib olandan sonra Krasnodarla birləşmək iddialarını ortaya qoyacaq”

“Rusiyanın Qafqazı itirməsi böyük dövlət statusundan məhrum edilməsi deməkdir”

“Post-pandemiya dövründən sonra Azərbaycan və Türkiyə möhtəşəm yüksəlişə doğru gedəcək”

 “Dünyanın qlobal müstəviyə keçdiyi zamanda Tsxinvali də, Abxaziya da Gürcüstana qayıdacaq. Qarabağa Fizuli-Şuşa yolu elə-belə çəkilmir…”

 

Bu günlərdə Azərbaycanda əsas gündəm türk ordusunun Qarabağa yeridilməsidir. Hansı ki, bununla Cənubi Qafqazda və ümumiyyətlə Qafqaz regionunda ciddi siyasi dəyişikliklərin olacağı gözləniləndir. Bütöv Azərbaycan Ocaqlarının (BAO) başqan müavini, İrəvan Türk Cümhuriyyətinin qurucularından biri, tarixçi alim Dilavər Əzimli ilə bu barədə fikir mübadiləsi apardıq.

(Əvvəli ötən sayımızda)

– Dilavər bəy, Gürcüstanın Cavaxetiya bölgəsinə ermənilər iddia edir, Rusiyanın nəzarəti altında olan Abxaziya bölgəsinə Qarabağdan və hətta Ermənistandan ermənilər köçürülməkdədir. Bu barədə gürcü mediasında məlumatlar yayılır. Abxaziya isə Rusiyanın Krasnodar diyarı ilə sərhəddir ki, burada da ermənilərin muxtariyyət vasitəsilə “Böyük Ermənistan” yaratmaq xülyası var idi. Necə düşünürsününz, Qarabağda alınmadı deyə ermənilər bu planı Abxaziyaya daşıyırlar?

– Bu məsələyə tarixi sürəc müstəvisindən yanaşmaq lazımdır. Artıq siyasət dəyişib, dünyada dəngələr dəyişir. Yeni dəngələrdən biri də pandemiyanın ortaya çıxması idi. Siyasətçilər də bildirir ki, pandemiyanın ortaya çıxması qlobal siyasi dəyişikliklərin yaranmasına xidmət etməli idi. Siyasi elita tərəfindən həyata keçirilən siyasi proseslərin biri idi. Bill Qeytsdən tutmuş digərlərinə qədər elan edirlər ki, dünya əvvəlki sistemlə yaşaya bilməz. Kapitalın bir əldə təmərküzləşməsi gedir, iqtisadi çöküş gözlənilir. Milli dövlətlərin dönəmi başa çatır. Böhrandan çıxış yolları aranır. Əminəm ki, Azərbaycan və Türkiyə bu böhran sürəcindən üzüağ və dirçəlmiş çxacaq. Bu yaxınlarda Mehriban Əliyevanın bir müsahibəsini oxumuşdum. Müsahibədə deyilirdi ki, postpandemiya dövründən sonra Azərbaycan fərqli dövlətə çevriləcək. Bi iqtisadi böhran Rusiyanı ağuşuna alıb və davam edəcək. Rusiyada iki sistem var: Putin və tərəfdarları, Hərbi-sənaye kompleksi. Onlar üz-üzədirlər. Hərbi-sənaye kompleksi güclüdür və müharibənin tərəfdarıdır. Silah satışı üzrə mütəxəssisləşiblər və orada xeyli erməni var. Rusiya mediası ermənilərin əlindədir. İqtisadiyyata nəzarət mexanizmi onların əlindədir. Qafqazı itirmək Rusiyanın böyük dövlət statusundan məhrum edilməsi deməkdir. Qafqaza sahib olmaq ta Urala kimi bütün Avrasiyaya sahib olmaq deməkdir. Qafqazın itirildiyini görənlər deyirlər ki, Rusiya siyasi imperiyadan iqtisadi imperiyaya keçməlidir. Bu baş verməsə Rusiya Moskva knyazlığına çevriləcək. Moldova Rumıniya ilə birləşəcək. Eyni proseslər Gürcüstanda və Ukraynada gedəcək. Ukrayna Donbassda suverenliyini bərpa etməyə hazırlanır. Azərbaycanın məsələsi bəllidir. Gürcüstanda ABŞ-ın hərbi bazaları yerləşəcək. Qalır Ermənistan. Ermənistan Rusiya üçün böyük önəm kəsb edir.

– Hansı baxımdan?

– Rusiya Ermənistanı bazara çıxarıb, bazarlıq edib satmaq istəyir və çətin vəziyyətdən çıxmaq istəyir. İkincisi, ekspertlər bildirirlər ki, 2030-cu ildən sonra neft erası bitəcək, bütün maşınlar qaza və elektrikə keçəcək. Neft erası bitdiyinə görə qaz erası gəlir. Bu Azərbaycan üçün çox əlverişli şərait yaradır. Çünki Azərbaycanın ərazisindən keçəcək qaz marşrutları ilə indi 7 milyard kub metr qaz ötürülür, Türkmənistan və Qazaxıstan qaz kəmərlərinin bizə qoşulmasıyla qaz ixracı 16 milyard kub metrə qalxacaq. Dünyada ən keyfiyyətli qaz Türkmənistan və Azərbaycan qazıdır. Ölkəmizdən keçən qaz marşrutları ildə 50 milyard qaz ixracına malikdir. Belə olsa, Azərbaycanın illik gəliri 60 milyard dollar olacaq. Ardınca Xəzərin dibinin bölünməsi gəlir. Burada ən maraqlı dövlət Rusiyadır. Osmanlı imperiyasını qüdrətli edən oradan ticarət marşrutlarının keçməsi idi. Çox sayda gömrük məntəqələri fəaliyyət göstərirdi. Bu məntəqələrdən gələn gəlirlər sayəsində Osmanlı çox gücül ordu qurdu.

– Söhbət əvvəlki İpək yolundan gedir?

– Bəli. Azərbaycan da belə mərkəzə çevriləcək.

Abxaziya məsələsinə gəldikdə isə çarlıq vaxtından ermənilər Qafqaza gətiriləndə rus məmurları çara yazırdılar ki, ermənilərdən istifadə etsək də gələcəkdə bunlardan zərər görəcəyik. Post-pandemiya dövründə Türkiyənin regional gücdən qlobal gücə çevrilməsi dünya güclərini onunla hesablaşmağa məcbur edir. Qarabağda gedən oyun Rusiyanı məcbur etdi ki, Azərbaycanla hesablaşsın. Rusiyadakı hərbi-sənaye kompleksi məğlub olmaq üzrədir, çünki Qarabağ müharibəsi rus silahının heç nəyə yaramadığını ortaya qoydu. Onlar hesab edirlər ki, Rusiyanı mövcud vəziyyətdə saxlamaq üçün bu faktı nəzərə almalıdırlar və burada köməyə ermənilər gəlir. Ermənilərin Qarabağdan və Ermənistandan Abxaziya köçürülməsi bu məqsədə xidmət edir. Gürcüstan Qərbə və NATO-ya nteqrasiya edir.

– Axalkalakiyə də ermənilər iddia edirlər.

– Bizim neft kəmər Axlakalakidən keçir. Rusiya ermənilərin hesabına öz loyallığının qiymətini artırır. Həm də Abxaziyaya gələn ermənilərə min dollara rus pasportu verilir. Abxaziyaya erməni köçü Abxaziya-Gürcüstan münasibətlərini pisləşdirəcək. Bu köçürülməyə Rusiyaya bağlı olan erməni kriminal aləminin başçıları rəhbərlik edir. Qafqazın başına gələn bəlalarda Rusiyanın birmənalı olaraq rolu var. İndi Qafqazda Türkiyə də olduğu üçün Rusiya əvvəlki metodlarla hərəkət edə bilmir. Buna görə ruslar Abxaziyaya ermənilərin köçürülməsindən istifadə edir. Gürcüstanda 200 minə qədər erməni yaşayır, dövlət orqanlarında çox sayda erməni işləyir. David Qareçi məsələsini də həmin ermənilər tətiklədi.

– Belə çıxır ki, Rusiya Qarabağda edə bilmədiyini Abxaziyada etmək istəyir…  

– Qarabağda Türkiyə olduğu üçün edə bilmədi. Buna görə Abxaziyaya erməniləri yığmaqla itkisini geri qazanmaq istəyir. Qarabağ məsələsi həm də Türkiyənin məsələsidir, Turanın məsələsidir. Rusiya SSRİ vaxtında Türkiyənin bizdən uzaqlaşdırmaq üçün Zəngəzuru ermənilərə verdi. Atatürk o zaman bizi Türkiyəyə bağlayan yeri – “Türk qapısı”nı pulla aldı. İndi “Türk qapısı” ilə Turan dünyasına çıxış yarandı. Mehridən, Zəngəzurdan Türkiyə-Azərbaycanı Turana bağlandı. Çoxları bunu anlamır. Post-pandemiya dövründən sonra Azərbaycan və Türkiyə möhtəşəm yüksəlişə doğru gedəcək.

– Bəs Rusiya ermənilərə bu dəstəyi ilə özünə zərər vermirmi? Krasnodarda ermənilər muxtariyyət istəyir, Abxaziya isə Krsanodarla sərhəddir. Bayden də Rusiyaya qarşı ermənilərə rəğbət mövqeyini ortaya qoyub.

– Rusiya buna göz yumur, orada abxazların sayı 60 mindir, 250 minlik əhalinin qalanı isə ermənilərdir. Rusiya elitası dərk etməlidir ki, erməni məsələsi onlar üçün faciəyə çevriləcək. Ruslar yeri gələndə erməniləri tapdayacaq. Ermənilər Abxaziyaya sahib olandan sonra Krasnodarla birləşmək iddialarını ortaya qoyacaq. Moskvada 450 minə qədər erməni yaşayır. Rusiyanın ciddi strukturları ermənilərin əlindədir. Əksər rus şəhərlərində ermənilər ciddi fəaliyyətdədir. Hətta rus dövləti erməni dövlətinə çevrilə bilər. Amma düşünürəm ki, rus dərin dövləti Qafqazda varlığını saxlamaq və Türkiyə-Azərbaycanla sövdələşmədə marqlarını təmin etmək üçün erməniləri bazara çıxarıb. Qafqaz bazarlığında istədiyini alan kimi ermənilərin işini bitirəcək. Şevçenko kimi insanların çıxışlarında mənim fikirlərim səsləndirilir. Azərbaycanın ərazilərindən keçəcək qaz marşrutu xəttindən 1 ilə kimi 16 milyard kub metr qaz gedəcək. Müəyyən vaxtdan sonra 50 milyard kub metr qaz gedəcək. Rusiya bu qaz bazarında iştirak etməsə bitəcək.

– Prezident Ərdoğanın da Rusiyayla bağlı dediyi milyardlıq layihə bu imiş?

– Bəli.

– Gürcüstanda ermənilərə qarşı ABŞ-Fransa dəstəyi olacaqmı? Gürcüstan özünü bu məsələdən necə qoruyacaq?

– Fransa bitib. Makronun islam peyğəmbərinə qarşı karikatura məsələsində Avropa onu dəstəkləmədi. Ortada Türkiyənin mövqeyinin necə olacağı məsələsinə görə. ABŞ isə başa düşdü ki, qaz erasında “dollar gedəcək”. Qaz erasında dollar yaşaya bilməyəcək. Gürcüstanda ABŞ bazası olacaq və Abxaziya Gürcüstana qayıdacaq. Dünyanın qlobal müstəviyə keçdiyi zamanda Tsxinvali də, Abxaziya da Gürcüstana qayıdacaq. Qarabağa Fizuli-Şuşa yolu elə-belə çəkilmir. Qarabağda elə bir iqtisadi yüksəliş gözlənilir ki, orada erməni qalsa da məcbur bizim qanunlarla yaşaycaqlar. Artıq işğal erası bitib, yeni iqtisadi sistem gəlir. Bu istisadi erada Azərbaycanın Güney məsələsi var.

Loru-Pəmbək bölgəsinin bizdən alınıb gürcüslərə verilməsini, gürcülərdən də alınıb ermənilərə verilməsini əsas götürsək, bu ərazinin yenidən Azərbaycana qaytarılması ədalətli deyilmi? İrəvan Türk Cümhuriyyətinin burada rolu nədir?

(Ardı var)

Ülviyyə ŞÜKÜROVA

*********

 

-Dünya yenidən şəkillənir. Bu ərazilər bizə qayıdacaq. Gürcüstan isə Azərbaycan-Türkiyə ittifaqına qoşulacaq. Güney Azərbaycan mütləq azad olacaq. Sadəcə fars şovinizmi bunu anlamır, ermənilər kimi köhnə zamanda qalıblar.

-İran bu iqtisadi layihələrə qoşulsa, bütöv qala bilərmi?

-İran bu layihələrə qoşuldu-qoşulmadı Güney Azərbaycan azad olacaq. Bu insanların arzusudur. Sadəcə, İran üçün bu sakit keçə bilər. İran türk dilinə dövlət dili statusu verməlidir, türkdilli universitetlər açılmalıdır, məktəblər, bağçalar açılmalıdır. İran yalnız belə xilas ola bilər.

-İranın-fars şovinizminin buna gedəcəyini düşünürsünüzmü?

-Xeyr, fars şovinizmi ermənilər kimi buna getməyəcək. Buna görə parçalanma ilə üzləşəcək. Mən Türkiyədə İzmir universitetinin 25 illik yubileyinə gedəndən sonra Elçibəyin millətçi tələbələrlə görüşündə o, bu fikirləri səsləndirdi ki, Rusiya, İran, Çin, Hindistan çökəcək, Azərbaycan müstəqil olacaq. Sizə deyim ki, növbəti qurban İran olacaq. Madlen Olbrayt bir vaxt demişdi ki, 2025-ci ildə dünyada imperiyalar sıradan çıxacaq. Bunu Elçibəy də 90-cı illərdə açıqlamışdı. Üstəlik bildirmişdi ki, Azərbaycan İrəvana sahib olacaq, Türkiyə ilə birləşəcək, bütövləşəcək.

Loru-Pəmbək məsələsinə gəldikdə isə, bu bölgə Səfəvilər dövründə 9 mahala malik olub. Çox zəngin təbiəti var. Borçalının dağlıq hissəsi olduğu üçün Dağ Borçalı da adlandırılır. 1918-ci ildə ermənilər işğal edəndən sonra Tiflisdəki konfransdan sonra AXC başçıları ərazilərimizin, o cümlədən Loru-Pəmbəyin qaytarılmasına çalışsalar da Rusiya mane oldu. Əslində bizdən alınıb Gürcüstana, sonra da Ermənistana verilməsi səhv addım idi. İTC də təkcə İrəvanla yox, Loru-Pəmbəklə də məşğul olmalıdır. Tarixi sənədlərlə həm digər ərazilərin, həm buranın xəritəsi, əhali sayı hazırlanmalıdır. Konfrans keçirməlidir, sənədlər dünyanın bütün ölkələrinə göndərilməlidir. Ardınca rəsmi iddia qaldırmalıdır. Biz işağl edilmiş ərazilərdə vurulmuş ziyana görə təzminat kimi Zəngəzurun və digər ərazilərin geri verilməsi gündəmə gətirməli və tələb etməliyik. İTC fəallaşmalıdır. Yeni sistemdə ermənilər türklərin ortasında yaşaya bilməyəcəklər. Onlar köçüb gedəcəklər və erməni dövləti yoxa çıxacaq. Təklif edirəm ki, həm digər ərazilər, həm də Loru-Pəmbəklə bağlı elmi-konfrans keçirilsin.

-Azərbaycanın Qarabağ qələbəsi dövlətimizin regionda və post sovet məkanında nüfuzunun artmasını necə şərtləndirəcək?

-Qarabağ zəfəri çox böyük zəfərdir, amma ciddi maneəmiz varr. Bu 5-ci kolonun fəaliyyətidir. Lakin demək istəyirəm ki, 5-ci kolon son nəfəsini verməkdədir. Fəaliyyətləri Rusiyadan, Avropadan dəstəklənir. Xaindən istifadə olunsa da, onlara nifrət edirlər. Bu yaxınlarda Rusiya Azərəbaycan mediasındakı casus şəbəkəsinin adlarını açıqladı. Çoxları deyir ki, bu dezinformasiyadır. Amma belə deyil, informasiya doğru informasiyadır. Rusiyanın çox miqdarda təhsil, müdafiə və s. orqanlarda casusları var. Rusiya sizi qurban verəcək. Milli düşərgə onların qarşısını almaq üçün hərəkətə keçməlidir. Azərbaycan dövlət başçısına minntdarlıq edirəm ki, bu prosesi apardı. Bunun nəticələrini ilk 5 ildə görəcəyik. 3-cü Qarabağ savaşı iqtisadi müstəvidə gedəcək və erməni dövlətinin yox olması ilə nəticələnəcək. Rusiya həm də Orta Asiya coğrafiyasının itirilməsi ilə barışmalıdır. Türk birliyinin-Turanın mərkəzi Azərbaycan olacaq. Dünya türkün ədalətli sisteminə doğru gedir. Qızıl almanı Türkiyədə də başa düşürlər. Amma Güney Azərbaycan alınmasa, azad olmasa, Bütöv Azərbaycan yaranmasa Turan qurula bilməz. Mənim fars millətindən dostlarım var, onlar da istəyirlər ki, İran parçalansın ya da türk birliyinə qoşulsun.

-Necə düşünürsünüz, Güneyin İrandan ayrılıb bizə birləşdirilməsi lazımdır ya İranın bütöv halda türk dövlətinə çevrilməsi?

-Əbülfəz Elçibəyin bu barədə fikirləri var. Bu fikirlər Güneyin İrandan ayrılıb bizə birləşməsi yönündədir. Fars şovinizm ideologiyası-şuubiyyə systemi o qədər güclüdür ki, buna imkan verməyəcək. Bunu dəyişdirmək, dağıtmaq mümkün deyil. Maraqlıdır ki, bizim güneyli türk qardaşlarımız bu şuubiyyənin alətləridir. 1000 il ərzində elə dərin kök atıblar ki, dağıtmaq olmur. Bizim öz alimlərimiz-Mahmud Əfşari, İrəc Əfşari, Kəsrəvi  kimi şuubiyyəyə xidmət edən, beyni yuyulmuş adamların sayəsində orada türk dili, türk dövləti alınmır, alına bilməz. Amma sıravi güneylilər molla rejimindən beziblər. Onlar yeni iqtisadi sistemə inteqrasiya arzusundadırlar. Həmçinin bəluclar, kürdlər, ərəblər. Qardaş kürdlərin isə PKK-ya aidiyyatı yoxdur, 19-cu əsrdə kürdlərlə toqquşmanı yaradan Rusiya, İngiltərə olub. PKK birmənalı şəkildə erməni örgütüdür. S.C.Pişəvəri zamanında yaranan kürd dövləti ilə əməkdaşlıq olub. Yeni sistemə onlar bizimlə bir yerdə inteqrasiya olacaqlar. Güney Azərbaycan istiqlalını əldə edəndən sonra Azərbaycan bütövləşib Kəngər körfəzinə çıxışı olan böyük, demokratik dövlət, “türkün qızıl alması” olacaq. Bu xəttin qoyulmasına görə mən şəxsən R.T.Ərdoğana və İlham Əliyevə təşəkkür edirəm.

Ülviyyə Şükürova