Rusiya DİN-dən millətlərarası qarşıdurmalarla bağlı XƏBƏRDARLIQ

99

Rusiya Daxili İşlər Nazirliyi Moskvada və digər iri şəhərlərdə millətlərarası qarşıdurmalarla bağlı xəbərdarlıq yayıb.

Xəbərdarlıqda belə qarşıdurmalar zamanı polisin müdaxilə edəcəyi bildirilib:

“İstənilən qanunazidd hərəkət Rusiya qanunvericiliyinin verdiyi səlahiyyətlərə uyğun olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dayandırılacaq. Hərəkətləri ilə təhlükəsizliyi pozan şəxslərə qarşı tədbirlər görüləcək, cinayət məsuliyyətinə cəlb ediləcəklər”.

DİN-in məlumatında, həmçinin, əlavə olunub ki, vətəndaşlara, təşkilatlara və onların əmlaklarına qarşı qəsblərin təşəbbüskarları əcnəbilərdə nifrət hissi oyatmaq istəyən şəxslərdir. Onlara da bununla bağlı xəbərdarlıq olunub.

Xatırladaq ki, iyulun 24-də Moskvanhın Marino şəhərində ermənilər və azərbaycanlılar arasında münaqişə baş verib. Nəticədə 1 nəfər xəsarət alıb. 34 nəfər isə saxlanılıb. \\Qafqazinfo