Rusiya Dağlıq Qarabağda modul tipli evlər quraşdırmağa hazırlaşır

282

Rusiya de-yure Azərbaycan ərazisində: sülhməramlı, yoxsa FVN, MİS, ermənilərin QaçqınKomu?

Dağlıq Qarabağın 5 min nəfər yerləşə biləcək infrastrukturuna 30 min nəfər ermənini yerləşdirəyə çalışırlar

Hurriyyet.org xəbər verir ki,  Rusiyanın Fövqəladə Hallar naziri Yevgeni Ziniçev Rusiya Prezidenti Vladimir Putin ilə birlikdə keçirilən müşavirədəki çıxışında Dağlıq Qarabağa köçürüləcək erməni əhalinin çevik konstruksiyalardan qurulan yaşayış modulları ilə təmin ediliə biləcəklərini bildirib.

TASS informasiya agentliyinin yazdığına görə, Ziniçev deyib: “Hazırda Dağlıq Qarabağa çox böyük miqdarda köçkünlərin gəlişi gözlənilir. Eyni zamanda hazırki infrastruktur 5 min nəfərə yaxın əhalini yerləşdirmək imkanı verib. Qalan əhalinin yerləşdirilməsi üçün müxtəlif variantlar üzərində iş gedir. Bu variantlar arasında çevik konstruksiyalı yaşayış modulları da var”.

Bəlli olduğu kimi, Rusiya sülhməramlılarının müşayiəti ilə əhalini Dağlıq Qarabağa daşımaq üçün İrəvan-Xankəndi istiqamətində pulsuz avtobuslar işləyir. Həmçinin, Dağlıq Qarabağda yaşayacaq ermənilər qarşıdakı 1 il ərzində kommunal xidmətdən azad ediliblər.

10 noyabr tarixində imzalanmış üçtərəfli müqaviləyə görə, Rusiyanın Dağlıq Qarabağ ərazisinə 1960 nəfər sülhməramlı qüvvəsi yerləşdirilməsi nəzərdə tutulur.