Rusiya Dağlıq Qarabağda hərbi-mülki strukturlar yaradır

315

Rusiya Dağlıq Qarabağda 5 ədəd humanitar mərkəz yaradır

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya hərbçilərinin sülhməramlı missiyasının genişlənməsini inkar edib. Dünən o, jurnalistlərə açıqlamasında bildirib ki, Rusiyanın yaratdığı humanitar mərkəzlər müharibə nəticəsində dərinləşmiş çoxsaylı problemləri həll eləmək imkanı verir.

19 noyabrda Rusiyanın Müdafiə Naziri Sergey Şoyqunun əmri ilə Dağlıq Qarabağda 5 ədəd əlavə humanitar mərkəz yaradılıb: minaların təmizlənməsi, nəqliyyat təminatı, tibbi və ticari-məişət  təminatı mərkəzləri. Bu mərkəzlər 13 noyabr tarixində Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə yaradılmış idarələrarası humanitar reaksiya mərkəzinin tərkibində yaradılıb. Kremlin rəsmi saytında dərc edilmiş fərmanın mətninə görə, idarələrarası mərkəzin məqsədləri köçkünlərə yardım, həmçinin, əhalinin yaşayışı üçün normal şəraitin yaradılmasında, mülki infrastrukturun yaradılmasında erməni və Azərbaycan rəhbərliyinə kömək məqsədi güdür.