Rusiya Dağlıq Qarabağ üçün Qırmızı Xaç Cəmiyyətinə 2 milyon frank ödəyib

483

Hurriyyet.org xəbər verir ki, Rusiya “Dağlıq Qarağdakı münaqişənin humanitar fəsadlarının aradan qaldırılması üçün” Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin büdcəsində 2 milyon İsveçrə frankı köçürüb. Bu barədə məlumatı RF Xarici İşlər Nazirliyi yayıb.

RF XİN açıqlamasında deyilir: “RF hökumətinin qərarına müvafiq olaraq, Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələrinin nizamlanması tədbirlərinin həyata keçirilməsi üçün Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin hesabına 2  milyon İsveçrə frankı həcmində könüllü ödəniş edilib”.

Qeyd edilir ki, bi istiqamət Qırmızı Xaç Cəmiyyəti ilə Rusiya Federasiyası arasındakı məhsuldar əməkdaşlığa çevrilib.

Nazirliyin açıqlamasında deyilir: “Regionun mülki əhalisinə yardım etmək və mülki infrastrukturun bərpa edilməsi üçün ölkəmiz tərəfindən böyük miqyasda səy göstərilir. Komitə ilə gələcəkdə də əməkdaşlığa hazırıq və hesab edirik ki, BQXC “ərazidə” onun mandatına daxil olan sahələrdə effektli işini davam etdirəcək”.