Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil – Zaxarova

111
Rusiya Dağlıq Qarabağ münaqişənin həllində daha fəal iştirak etməyi planlaşdırır, lakin müdaxilə etmək niyyətində deyil.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova bildirib.
M.Zaxarova vurğulayıb ki, Rusiyaya görə Dağlıq Qarabağda münaqişənin hərbi yolla həlli yoxdur – burada mövqeyimiz Türkiyənin mövqeyindən fərqlənir.
Spiker qeyd edib ki, Moskva münaqişənin həlli üçün əlindəki bütün imkanlardan istifadə etmək niyyətindədir. \\Trend