Rusiya Covid-19-a qarşı kütləvi peyvənd istehsalına başladı

123

 

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Səhiyyə Nazirliyi yeni tipli koronavirusa qarşı peyvəndin kütləvi istehsal edilməsinin başladılması barəsində məlumat verib.

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın dünyada birinci olaraq Kovid-19 xəstəliyinin profilaktikası üçün nəzərdə tutulan preparatı qeydiyyatdan keçirdiyini bildirib. Peyvənd “Sputnik V” adlanır.

Rusiyanın birbaşa investisiyalar fondunun rəhbəri Kirill Dmitriyev hazırda fondun 20-dən çox ölkədən milyarda qədər doza sifarişi alındığını, həmçinin Rusiyanın peyvəndin beş ölkədə istehsal edilməsi ilə bağlı razılaşdığını bildirib. Onun sözlərinə görə, hazırda ildə 500 milyon doza həcmində peyvənd istehsal eləmək imkanları var.

Dərman məhsullarının dövlət reyestrinin verdiyi məlumata görə, preparat əzələ daxilinə vurulacaq məhluldan ibarətdir. Peyvənd iki mərhələdə vurulması planlaşdırılır: əvvəlcə I komponent, üç həftədən sonra II komponent vurulacaqdır. Səhiyyə Nazirliyi ikidəfəlik peyvənd vurulmasının iki ilə qədər müddət ərzində immunitet formalaşdırmasına imkan verəcəyini bildirib.