Rusiya Çexiya diplomatlarını “arzuolunmaz şəxs” elan elədi

42

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi Çexiyanın Moskvadakı səfirliyində işləyən iki nəfər diplomatı “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslərin qarşıdakı iki gün ərzində Rusiya ərazisini tərk eləmələri tələb olunur. Məlumat  nazirliyin yazılı açıqlamasında bəyan edilib.

Xəbər verdiyimiz kimi, bu gün Çexiyanın Moskvadakı səfiri Vitezslav Pivonka diplomatik qalmaqalla əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə çağrılmışdı. https://www.hurriyyet.org/xeber/zəhər-qalmaqalinin-dogurdugu-diplomatik-bohran-cexiya-səfiri-rusiya-xarici-islər-nazirliyinə-cagrildi/.

Hurriyyet.org