Rusiya Azərbaycanla uçuşların bərpası üçün MÜRACİƏT ETDİ

84

Rusiya aviaşirkətləri hazırda sərhədlərin bağlı olduğu ölkələrə uçuşların keçirilməsi üçün müraciət edib.

Bu müraciətlə əlaqədar olaraq Rusiyanın Aviaşirkətlərə uçuş icazələrinin verilməsi üzrə Qurumlararası komissiyasının sentyabrın 17-də iclası keçiriləcək.

Qeyd olunur ki, “Red Wings” və “Azimut” şirkətləri Azərbaycana uçuşlara keçirilməsi üçün müraciət edib. Bundan başqa, digər aviaşirkətlər Belarus, Almaniya, Çin, İspaniya, Yunanıstan, İtaliya, İsrail, Kipr, Gürcüstan, Qazaxıstan və digər ölkələrə uçuş icazələrinin verilməsini istəyib.\\Unikal.org