Rusiya Azərbaycanı Qafqaz-2020 təlimlərinə dəvət etdi

60

Rusiya Qafqaz-2020 strateji komanda-qərargah təlimlərində iştirak etmək üçün 7 ölkədən, həmçinin Azərbaycandan hərbçiləri dəvət edib. Bu barədə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin məlumat yayıb.

O bildirib ki, Xəzər dənizi akvatoriyasında təlimlərin həyata keçirilməsi üçün Azərbaycan və İrandan da hərbçilər dəvət edilib. Fomin təlimlərin iki mərhələdən ibarət olacağını bildirib.

Qeyd edək ki, təlimlər sentyabrın 21-dən 26-dək keçiriləcək.