Rusiya ABŞ-ı Avropada yeni silahlanma yarışından çəkinməyə çağırdı

54

Rusiyanın ABŞ səfiri Anatoliy Antonov, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Robert O’Brienin ABŞ-ın Rusiyanın qarşısını almaq üçün Avropada hipersəs silahları və ballistik raketləri yerləşdirməyə hazır olduğu elan edən açıqlamalarına münasibət bildirdi.

RİA Novosti xəbər verir ki, “belə niyyətlər regional və qlobal təhlükəsizliyin tarazlıqdan çıxmasını təhdid edir və qarşıdurmanın artmasına gətirir” dedi.

“Əgər Vaşinqton silahlanmaya nəzarətdə həqiqətən maraqlıdırsa, onda bunun üçün Avropa qitəsində raket silahlanma yarışına ehtiyac yoxdur” deyən Rusiya səfiri bunu Rusiya Prezidenti Vladimir Putinin Avropada orta və qısa mənzilli raketlərin ləğvi müqaviləsi kontekstində Avropada gərginliyin azaldılması təkliflərinə konstruktiv alternativ adlandırdı.

“Rusiya, Avropa qitəsində və dünyanın digər bölgələrində yeni raket silahları yarışının qarşısını almaq üçün xarici tərəfdaşlarla ortaq səylərə hazırdır” deyə Antonov əlavə edib.