Rusiya 34 yaşlı azərbaycanlını axtarışa verdi

162

Rusiyanın hüquq-mühafizə azərbaycanlını beynəlxalq axtarışa verib.

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan vətəndaşı, 34 yaşlı Ceyhun Babayev narkotiklərinin qanunsuz dövriyyəsində təqsirli bilinir.

Rusiya məhkəmələri tərəfindən onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanması ilə bağlı İnterpola müraciət edilib.