Rus və İsrail mediasından iddia : İran silahlıları Suriyada Türkiyə hədəflərinə raketlər atdı, lakin hamısı zərərsizləşdirildi

9

Rusiyanın "Free News" xəbər saytı və İsrailin Nziv. net xəbər portalı İranın Suriyada Türkiyə hədəflərinə ballistik raket atdığını iddia edib.

Avropa.info xəbər verir ki, Rusiya və İsrail mediasının yazdığına görə, ötən həftə Türkiyə ordusunun İdlibdə Suriya rejiminə qarşı başlatdığı əməliyyatda Əsəd rejiminə dəstək verən çoxlu sayda İran silahlısının öldürülməsi Tehranın qəzəbinə səbəb olub.  

"Free News"un  xəbərinə görə, öldürülən İran dəstəkli silahlıların qisasını almaq üçün Suriyada Türkiyə ordusuna qarşı ballistik raket hücumu edilib.

Hücumun, Ankaranın Tehranın xəbərdarlığını görməzlikdən gəlməsindən sonra edildiyini diqqət çəkən "Free News", İran raketlərinin Türkiyə hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini yazıb. 

Qeyd edək ki, İran mediası  Suriyanın şimal-qərbindəki İdlib bölgəsində Türkiyə ordusu və müxaliflərin apardığı əməliyyatlarda İranın dəstək verdiyi "Hizbullah" qruplaşmasının 21 döyüşçüsünün öldürüldüyünü etiraf etmişdi. Dünən İranda Suriyada öldürülən silahlılar üçün cənazə mərasimi keçirildi. 

İran prezidenti Ruhani, Türkiyə prezidenti Ərdoğana zəng edərək Suriyada öldürülən hərbçilərinin ərazidən çıxarılması üçün  kömək istəmişdi.