Rus qırıcıları yaxınlaşdı, Türkiyə F-16-ları qaldırdı – GƏRGİNLİK

21

Rusiya Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələrinin “Bahar qalxanı” hərəkatı bölgəsindəki Türkiyə ordusuna yaxınlaşması gərginliyə səbəb olub.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Hərbi Hava Qüvvələrinə (TuAF) məxsus F-16 qırıcı təyyarələri əməliyyat mərkəzinin əmrinə əsasən bir müddət Suriya sərhədində uçuş həyata keçirib.

Rus təyyarələri əməliyyat bölgəsini tərk etdikdən sonra havadakı gərginlik sona çatıb.