RUS MÜTƏXƏSSİSLƏRDƏN AÇIQLAMA: “DÖYÜŞƏ HAZIR DEYİLDİ”

    9

    Hurriyyet.org xəbər verir ki, rusiyalı hərbi mütəxəssislər Suriyanın invertarındakı Rusiya istehsalı olan raket hücumundan müdafiə sistemi “Pantsir-S1”-in döyüşə hazır vəziyyətdə olmadığı üçün İsrail tərəfindən məhv edildiyini bildirib.

    “Sputnik”ə müsahibə verən Rusiya hərbi mütəxəssisi Konstantin Sivkov İsrail ordusunun yaydığı, Suriyada yerləşən raket hücumundan müdafiə sistemi “Pantsir-S1”-in vurulduğunu bildirən video ilə bağlı şərh verib.

    Sivkov deyib: “70 raket ilə hücum ediblər, raketlər hava hücumundan müdafiə sistemlərini hədəfə alıb. Göründüyü kimi, həqiqətən də “Pantsir-S” vurulub. Zəif qabaritli, təqribən 25 km mənzilli, supersonik xüsusiyyəti olmayan tankvuran raketdən istifadə edilib. “Pantsir-S”-in məhv edilməsinin səbəbi sistemin döyüşə hazır vəziyyətə gətirilməməsi olub”.

    Hərbçilərin sistemin yanında durduqları halda silahdan istifadə eləmədiklərini bildirən Sivkov deyib: “Sistem döyüşə hazır vəziyyətdə olsaydı, bu raketi vurardı”.

    “Pantsir-S1”-ə edilən hücum ilə bağlı başqa bir şərhi də rus hərbi mütəxəssisi Korotçenko verib. “Naçionalnaya Oborona” jurnalının baş redaktoru İqor Korotçenko Sivkov ilə eyni fikirdə olduğunu bildirib.

    Hurriyyet.org