RUS YENƏ BİZİ ALDATDI… – Vaxt itirmədən İrəvana qədər hərbi yürüşə başlamalıyıq / ELDAR SABİROĞLU YAZIR

117

Çox məyus və pərişanam. Söz belə eşitmək istəmirəm. Rus yenə aldatdı bizi. Birinci, ikinci, üçüncü dəfə deyil. Nə qədər aldana-aldana öz tariximizə, mənəvi həqiqətlərimizə, vətən torpaqlarımızın ruhuna baltanı öz əlimizlə özümüz saplayacağıq!? Erməni az qala Gəncənin altını-üstünə çevirir, Azərbaycan isə hələ ki, düşünür, adekvat cavab verməyə tələsmir. Xəbərlərə görə, 10-dan artıq mülki şəxs həlak olmuşdur. Bu cinayətin əvəzi hökmən və gecikmədən alınmalıdır.

Cənab Ali Baş Komandan, bilirəm ki, bu hal hamıdan daha çox Sizi üzür və ağrıdır. Keşkə olmayaydı… İndi bircə yol qalır. Öndə Siz, arxanızda xalq, sonu nə ilə qurtaracaqsa, eybi yox. İrəvana qədər hərbi yürüşü vaxt itirmədən bu gün başlamalıyıq. Səhv etmirəmsə, deyəsən, elə Gəncə müsibəti günü Prezident ciddi hökmlə, bir az da böyük hədə-qorxu ovqatında erməninin üzünə tüpürərək dedi ki, qorxudan siçan deşiyini satın alırsınız. Doğrudan, deşik axtarırdılar. Bəs nə tez qəhrəmana döndülər!? Baş tutmaz, bəli, heç baş tutmaz bu milli fahişələrə Azərbaycanı sındırmaq. Çünki fahişəlik bu millətdən fərqli olaraq xalqımın ruhuna və tarixi dünyasına yaddır.

Nə qədər ki, çox keçməyib, Şanlı Ordumuz bu qisasın heyfini almalıdır. Yoxsa məsələ uzandıqca problem daha dərin qatlara enəcək və onu oradan çıxarıb islah etmək müşkül olacaqdır. Buna əmin ola bilərsiniz. Vəziyyətin bu cür şəkil alacağına adım kimi əminəm. Ermənistan artıq əməll-başlı qudurub. Onun ağzının köpü təcili alınmalıdır.

Arzu etmədiyimiz hadisə ilə üzbəüzük. Başqasını deyə bilmərəm. Vaxtilə ağır infarkt olarkən Kordioloji Mərkəzdə 7 dəfə klinik ölüm keçirən bəndənizin hazırda ürəyində başlayan şiddətli ağrılar, sinəmdəki göynərti nəfəs almağa imkan vermir. Təzyiqim 185/120-dir. Amma ölmək istəmirəm. Alçaq və fahişə Ermənistanın məni sarsıdan bu cinayətinə görə dünya ilə vidalaşmağı doğrudan arzulamıram.

Birinci dəfə 1999-cu ildə ürəyim ikiyə bölünəndə Heydər Əliyev diqqət və qayğımı çəkdi. Prezident təyyarəsini Moskvaya göndərərək Kreml xəstəxanasından Sovet İttifaqında tanınan çox görkəmli kardioloqları Bakıya gətizdirdi. Ona görə də onu unatmaq və oğlu İlham Əliyevi barışmadığım bəzi siyasi addımlarına görə hədəfə çevirmək mənəviyyatıma və əxlaqıma sıxışan məsələ deyil. Odur ki, erməni silahlı bölmələrinin Azərbaycanın ikinci şəhəri Gəncəyə ağır saldırılar yaparaq mülki şəxsləri qətlə yetirdikləri üçün, necə deyirlər, dövlət başçısı İlham Əliyevi ittiham edənləri ədalətli hesab etmirəm. Bu savaşdı, hər şey baş verə bilər.

Prezident İlham Əliyev Rusiyaya inandı. İndi xalqı ayağa qaldırma barədə əmri təcili verməlidir. Bu gün, bu dəqiqələrdə onun müdaifəçisi və əsgəri olaraq döyüş səngərində onunla bərabərəm. Gərək ki, atəşkəs rejimi baradə o mənasız və Azərbaycan üçün heç bir xeyir kəsb etməyən razılaşma sənədinin Azərbaycan tərəfdən imzalanmasına yol verməyəydi. Döyüş bütün Qarabağı götürməlidir!

Eldar SABİROĞLU