Rus jurnalistləri casus kimi İstanbula kim göndərib? — SENSASİON İDDİA

492

NTV kanalının adı casus qalmaqalında hallandı. Yeni media qalmaqalında “erməni qulaqları” ifşa olundu.  Onsuz mümkündürmü? Axı Rusiyada praktik olaraq ermənilərdən asılı olmayan bir dənə də media orqanı qalmayıb.

NTV kanalından olan jurnalistlər, İstanbulun strateji nöqtələrində – Türk İHA şirkəti “Baykar Savunma”nın yerləşdiyi binanın yaxınlığında icazəsiz çəkiliş apararkən ələ keçdilər və kəşfiyyat xidməti tərəfindən tutldular.

İlk soğru-sualda rus jurnalistlər özlərini turist kimi təqdim etdilər, lakin daha sonra jurnalist olduqlarını və müvafiq akkreditasiyaya sahib olmadıqlarını etiraf etməyə məcbur oldular. Onlar müəyyən şəxslərin göstərişi ilə teleaparıcı İradə Zeynalovanın apardığı “Həftənin yekunu” verilişi üçün reportaj çəkib.

Diqqət yetirilsə görərik ki, Rusiya XİN həmişəki kimi Ankaraya qarşı qərəzli açıqlamalar və adekvat təhdidlər sovurmadı. Çünki bu hadisənin Moskvanı şantaj etməklə Rusiya-Türkiyə münasibətlərinə kölgə salan təxribat kimi düzənləndiyi açıqdır.

Moskva ilə Ankara arasındakı dividentlərlə tarixi səviyyəyə çatmış dialoqu məhv etmək üçün Qərb dairələrinin önəmli vəzifəsidir.

Rusiyada bu təxribatın arxasında kim durur?

NTV kanalının erməni lobbisinin xüsusi nəzarətində olduğu barədə dəfələrə yazılıb. Margarita Simonyan, Krasnodardan olan dostunu bu kanalın başına gətirib. Son vaxtlar isə Simonyanın özünün NTV-nin baş direktoru yerini tutmağa çalışdığı barədə məlumatlar var idi. Ancaq alınmadı.

NTV kanalında Simonyan və Keosayan, rus auditoriyasını gerizəkalılığa sürükləyən  və Simonyanın Vaşinqtondakı kuratorlarının göstərişi ilə tirajlanan “Beynəlxalq piloram” proqramını sırıyırlar. Parazitlər -Simonyan və Keosayan, bu proqramda irqçiliyi tirajladıqları üçün nəinki Rusiya büdcəsindən böyük pullar alırlar, həm də belə irqçi xarakterli verilişlərlə xarici mediada Simonyanın reytinqini dövriyyə etdirirlər.

Bir neçə il əvvəl NTV-də iki erməni – Simonyan və Kandelaki (Alaverdyan) onların populyarlığının artmasına gətirən “Dəmir ledi” verilişinə ev sahibliyi etdilər. Baxmayaraq ki, aparıcıların peşəkarlığı, verilişlərinin mövzu və məzmunu ilə bağlı suallar çox olsa açıq qaldı.

Simonyanın digər dostu İradə Zeynalova da NTV-də işləyir. Zeynalova Simonyanı məmnun etmək və erməni lobbisinin “karyera nərdivanı”na soxulmaq üçün hətta öz kökündən belə imtina etdi. Tam da bundan sonra İradə Zeynalovanın karyerası üzü yuxarı getdi. Məhz Zeynalovanın verilişi üçün bu İstanbul sifarişi alındı.

Rus jurnalistlərini Türkiyədəki strateji obyekti videoya çəkmək üçün, həm də müvafiq akkreditasiyası olmadan göndərəndə təxribatçıların hesabları nə idi? Yəqin düşünüblər ki, jurnalistlər ifşa ediləcək. Əsas məqsəd də Rusiya-Türkiyə münasibətlərində qalmaqal, gərginlik yaratmaq idi. Lakin qalmaqal alınmadı. Moskvadakı cavabdeh insanlar bu hadisədə günahın və məsuliyyətin Rusiyada olduğunu başa düşdülər və hay-küy qaldırmadılar. Ankara isə onsuz da Rusiya mediasının yaydığı bu cür təxribatlara alışıb və jurnalistləri  hadisənin ssenaristlərini sevindirməmək üçün  buraxdı.

Hardasa bir il əvvəl Sputnik agentliyinin Aankaradakı bürosunda baş vermiş hadisəni xatırlayaq, Margarita Simonyanın göstərişi ilə “Sputnik Türkiyə” (bu rəsmi olaraq Rusiya dövlət agentliyidir) saytında Türkiyənin ərazi bütövlüyünə zərbə vuran təxribat xarakterli bir məqalə dərc olundu. Təbii ki, Simonyanın pis vəziyyətdə qoyduğu türk redaktorlar izahat vermək üçün müvafiq quruma çağrıldı və bir neçə saatdan sonra sərbəst buraxıldı. Ancaq bu bir neçə saat da Simonyanın Sputnikə hücum çəkdiyini iddia etdiyi “Türk barbarları” ilə bağlı bütün dünyaya hay-küy salması üçün bəs idi. O, türk yeniçəri və yataqanları haqqında qərəzli şərhlər yazaraq, Türkiyəyə qarşı məkrli ittihamlarla televiziya kanallarına atlamağı bacardı. Ancaq bu qalmaqal Moskva ilə Ankara arasındakı həyati vacib olan dialoqa ciddi təsir göstərmədi. Və bu dialoq Rusiya üçün Türkiyədən daha çox vacibdir.

Beləliklə, NTV-dəki rus jurnalistlərin iştirakı ilə düzənlənən casus qalmaqalının axasında Margarita Simonyan və Moskvadakı nüfuzlu qərbyönümlü lobbi durur. Məqsəd Moskva və Ankaranın arasını vurmaqdır.

Rusiyanın dövlət maraqlarına zərbə vuran bütün təxribatlarına baxmayaraq, nə qədər ki, Margarita Simonyan vəzifədədir, bu təxribatçların dövlət idarəetməsində açar mövqeləri tutmasına kömək edən səlahiyyəlilər o qədər hörmətsizdir.

Ülviyyə Şükürova