Rus hərbçiləri Suriyada amerikalıların yolunu BAĞLADI

54

Rusiya hərbçiləri Suriyanın şimalında Amerika karvanının yolunu bağlayıblar.

Bu barədə şənbə günü mayın 2-də Telegram “Hərbi İnformant” kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, rus qoşunları ABŞ rəsmilərinin Rusiya hərbi bazasının yerləşdiyi Kamışlı şəhərinə girməsinin qarşısını alıb.

Bundan sonra Rusiyadan olan hərbçilər şəhərin sərhədlərindən uzaqlaşaraq yerləşdirkləri hava limanına gediblər, amerikalılar isə girişdə qalıblar.

Hadisənin digər təfərrüatları verilmir.

Aprelin ortalarında ABŞ-ın Suriyada beşinci nəsil F-35A Lightning II qırıcısını sınaqdan keçirdiyi bildirilib.

Amerikanın qırıcısı Deyr əz-Zor və Hasak əyalətləri üzərində, yəni hazırda Rusiya hərbi bazasının yerləşdiyi Kamışlı aerodromunun yaxınlığında görünüb.

Bildirilib ki, bu yolla ABŞ ehtimal ki, hərbi gücünü nümayiş etdirmək istəyir. \\Konkret