Rus ekspertlər türk ordusunu vəsf etdilər: “Türkiyə qarşısında şansı yoxdur”

81

Hurriyyet.org xəbər verir ki, Rusiya mətbuatında Şərqi Aralıq dənizində baş verən gərginlik fonunda Türkiyə ilə Yunanıstanın hərbi gücünü müqayisə edən analiz dərc edilib.

NATO-nun ikinci ən böyük ordusu

“Vzqlyad” qəzetindəki məqalədə Türkiyənin  NATO-nun ikinci ən böyük hərbi ordusu olduğu və 510 min hərbçisinin olduğu bildirilir.

Ekspert Stanislav Tsatsenko, Türkiyənin dünyadakı və regiondakı mövqeyini genişləndirməyə çalışdığını və bu istiqamətdə uğurlu addımlar atdığını bildirib.

“Yunanıstanın hərbi büdcəsi Türkiyə büdcəsinin yarısından da azdır”

Son dovrdə Türkiyə ordusunun Liviyada və Suriyada uğurlu hərbi təcrübə qazandığını bildirən “Arsenal Oteçestvo” jurnalının redaktoru Aleksey Leonkov Türkiyənin hər zaman hərbə hazır olduğunu, Yunanıstanın isə uzun müddət müharibələrdən kənar olduğunu bildirib. Leonkov 160 min hərbçisi olan yunan ordusunun Avropa hərbi siyahısında 10-cu yerdə olduğunu vurğulayıb, ölkənin 6 milyard dollarlıq hərbi büdcəsinin Türkiyə hərbi bürcəsinin yarısından da az olduğunu söyləyib. Leonkov deyib: “Yunanıstanın 4 min zirehli hərbi texnikası və 390 ədəd hərbi təyyarəsi, Türkiyənin isə tankları da daxil olmaqla, 8,6 min zirehli texnikası və 470 ədəd təyyarəsi var. Türkiyə hərbi gəmilər sahəsində də qonşularından irəlidədir. Aralarında toqquşma olarsa, Yunanıstan təkbaşına davam gətirə bilməz”.

“Türk ordusu yunan ordusundan daha üstündür”

Geosiyasi Problemlər Akademiyasının başçısı Konstantin Sivkov deyib: “Türkiyə Hava Qüvvələri və Türkiyə Dəniz Donanması sayca yunan ordusundan daha üstündür. Türkiyə donanması sualtı gəmiləi, raket qurğuları və freqatları ilə çox güclüdür”. Sivkov yunan donanmasının  çox zəif olduğunu, sualtı gəmilərinin Türkiyədən üçqat az olduğunu bildirib.

“Türkiyə dron və qanadlı raketlər istehsal edir”

Sivkov deyib: “Türkiyənin öz hərbi-sənaye kompleksi mövcuddur. Xüsusilə də uzun mənzilli SOM qanadlı raketlərini istehsal edir. Türklər havadan quruya atılan raketlər və tankvuranlar istehsal edirlər. Həmçinin raketlə təchiz edilmiş pilotsuz uçuş aparatları da istehsal edirlər”.

“Yunanların S-300-ü Türkiyə qarşısında acizdir”

Sivkov 17-ci əsrdən bəri Türkiyə ordusunun daim döyüşlərdə olduğunu və buna görə, güclü hərbi ənənəyə malik olduğunu, yunanların ixtiyarındakı Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemlərinin Türkiyə ordusu qarşısında kifayət etməyəcəyini, döyüş baş verərsə, türklərin qalibiyyət şansının daha üstün olduğunu deyib.

Hurriyyet.org