Rus casuslarından ölkəni tərk eləmək tələb edildi

345

Hurriyyet.org xəbər verir ki, Kolumbiya hökuməti Rusiyanın Boqotadakı səfirliyində xidmət edən iki rus diplomatın casusluq etdiyini iddia edərək, onların ölkədən çıxıb getmələrini tələb edib.

Kolumbiyanın Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Kolumbiyadakı iki Rusiya diplomatının ölkədə “Diplomatik Münasibətlər Haqqında Vyana Müqaviləsi”nin maddələrini pozması aşkar edildikdən sonra belə bir qərar verildi”.

Semana” internet saytının xəbərində bildirilir ki, rusiyalı diplomatlar ölkədə casusluq edərək Kolumbiyanın enerji infrastrukturu, texnologi gücü və ölkənin hərbi kəşfiyyatı ilə bağlı məlumat toplamaqda ittiham edilirlər. Xəbərdə rus diplomatların küçələrdə getdikləri və alış-veriş etdikləri zaman çəkilən fotoları dərc edilib.