Ruhani İranın neft gəlirlərindən məhrum olunacağı ilə bağlı təhdidlərə cavab verib: “Belə bir ssenari…”

    6

    İran prezidenti Həsən Ruhani ölkəsinin neft ixracından əldə etdiyi gəlirlərdən məhrum olunacağı ilə bağlı ABŞ-ın təhdidlərinə cavab verib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, dövlət başçısı belə bir addımın atılmasını beynəlxalq qanunların pozulması kimi qiymətləndirib.

    “Belə bir ssenari ABŞ-ın birtərəfli siyasət yeritməsi olardı, bu da bütün beynəlxalq qanunları və normaları pozacaq”, – deyə H.Ruhani bildirib.