Ruhani açıq-aşkar təhdid etdi: “ƏGƏR BUNU ETSƏNİZ…”

    15

    İran prezidenti Ruhani: “Hörmuzd boğazı bağlanır”

    Hurriyyet.org xəbər verir ki, ABŞ-ın müttəfiqlərini təhdid edərək, Tehrandan neft idxalını dayandırması planına qarşı çıxan İran prezidenti Həsən Ruhani ilk dəfə güclü təhdidlə çıxış edib.

    Avropa səfərinin ilk dayanacağı olan İsveçrədə İran lobbisi ilə görüşən Ruhani deyib: “Biz neft ixrac eləmədiyimiz halda bölgə neftinin ixrac edilməsi mümkündürmü? Əgər belə etsəniz, mənfi nəticələri ilə də qarşılaşacaqsınız. İxracatımız azalsa, Hörmüzd boğazını bağlayacağıq”.

    ABŞ-ın neft embarqosu planına qarşı başqa bir təhdid də İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fazildən gəlib. Fazil Vaşinqtonun çağırışına uymaq niyyətində olan Avropa ölkələrinə səslənərək deyib: “Əgər mən 24 saat gözümü yumsam, Qərb ölkələrinə 1 milyon qaçqın və 5 min ton narkotik keçər”.

    Avropa İttifaqı ilə nüvə sammiti iyulun 6-da Vyanada keçiriləcək

    İran prezidenti Həsən Ruhani nüvə müqaviləsini imzalamış Avropa ölkələri ilə danışıqların davamı üçün iyulun 6-da Avstiyanın paytaxtı Vyana şəhərində görüş keçirəcəklərini bəyan edib. Cenevrədə isveçrəli həmkarı Alan Berset ilə görüşən Ruhani Vyanada ABŞ-ın blokada planına qarşı Qərb ilə ticarətin müzakirə ediləcəyini bildirib və hüquqlarının tapdalanmadığı halda nüvə razılaşmasına hörmətlə yanaşacaqlarını söyləyib.

    Hurriyyet.org