Ruhani: “Fizik alimin qətli cavabsız qalmayacaq”

249

Hurriyyet.org xəbər verir ki, İran Prezidenti Həsən Ruhani iranlı nüvə fiziki Möhsün Fəxrizadənin qətlinin cavabsız qalmayacağını bildirib. Prezident deyib: “Bu cinayət cavabsız qalmayacaq. Zamanı gələndə cavab veriləcəkdir”.

Bəlli olduğu kimi, alim Möhsün Fəxrizadəyə və onun mühafizəçilərinə silahlı adamları hücum ediblər. Atışma nəticəsində Fəxrizadə yaralanıb və xəstəxanada dünyasını dəyişib.

İranın Müdafiə Nazirliyinin məlumatına görə, qətlə yetirilmiş nüvə fiziki nazirliyin tədqiqatlar və innovasiyalar təşkilatının rəhbəri olub.