Ruhani ABŞ-ın ÜST-ü maliyyələşdirməyi dayandırmasını “STRATEJİ XƏTA” adlandırdı

51
Iran's President Hassan Rouhani attends a news conference at the Chancellery in Vienna, Austria July 4, 2018. REUTERS/Lisi Niesner - RC12A2CFFE30

Hurriyyet.org xəbər verir ki, İran prezidenti Həsən Ruhani ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatını maliyyələşdirməyi dayandırmaq qərarını məsuliyyətsiz addım və Vaşinqtonun strateji xətası adlandırıb.

Ruhani İran televiziyasındakı çıxışında deyib: “Koronavirus dünyada hamının sağlamlığı üçün təhlükədir. Koronavirusla mübarizənin ön cəbhəsində olan təşkilatın sarsıdılması bu virusa qarşı birgə beyəlxalq mübarizənin zəifləməsi deməkdir. ABŞ-ın bu qərarı yersizdir və heç nə buna haqq qazandırmır. İmzaladığı beynəlxalq müqavilələri pozan ölkədən ancaq bunu gözləmək olar”.

Bəlli olduğu kimi, bu ilin aprel ayında ABŞ prezidenti Donald Tramp ÜST-ün maliyyələşdirilməsini dayandırdıqlarını bəyan eləmişdi. Tramp administrasiyası təşkilatı Kovid-19 epidemiyasına lazımi qədər operativ yanaşmamaqda ittiham edib.

Hurriyyet.org