“Röyters” yeni F-35 sövdələləşməsi anonsu verdi

17

Hurriyyet.org xəbər verir ki, “Röyters” informasiya agentliyi BƏƏ-nin ABŞ-dan F-35 hərbi təyyarələrini satın almaq üçün razılaşma əldə eləmək ərəfəsində olduğu xəbərini paylaşıb.

Agentliyə informasiya verən mənbələr BƏƏ-nin 2 dekabr tarixində razılaşmanı imzalamağa hazır olduğunu, lakin ABŞ iqtidarının bu satışdan narazı olan İsraili təbdən çıxarmamaq üçün planlar hazırladığını bildiriblər.

İsrail illər əvvəl imzalanmış bir müqavilə çərçivəsində ABŞ-ın bölgədəki digər ölkələrə satdığı silahların məhdudlaşdırılmasına nail olmuş və regiondakı ölkələrin “İsrailin hərbi gücünü keçməyəcək şəkildə” silah və sursat almasına icazə vermişdi.