Ronaldo istəyini AÇIQLADI

    6

    “Real Madrid” futbol klubunun hücumçusu Kristiano Ronaldo futbol karyerasını bitirdikdən sonra şou-biznesə qoşula bilər.

    Bunu “El Chiringuito de Jugones” saytına açıqlamasında Ronaldonun özü deyib.

    “Çoxlu fərqli ideyalarım var. Xüsusilə özümü aktyor kimi sınamaq istəyirəm. Aydındır ki, burada ikinci dərəcəli rollar olacaq. Belə ki, mənim bu sahədə çox təcrübəm yoxdur. Bununla belə, tez-tez reklamalara çəkilirəm və bu, mənə təcrübə verir.

    Ümumiyyətlə, kamera ilə çəkilmək xoşuma gəlir. Mən ingiliscə, portuqalca və ispanca sərbəst danışıram”, – deyə o bildirib.

    Qeyd edək ki, Ronaldonun hazırda 33 yaşı var. 2009-cu ildə “Real Madrid”də forma geyinən futbolçu bu klubla birgə üç dəfə Çempionlar Liqasının qalibi olub. \\ednews.net

    HURRİYYET.ORG