Ronaldo “Qızıl Ayaq” mükafatını aldı

72

Futbol üzrə Portuqaliya yığmasının və İtaliyanın “Yuventus” klubunun hücumçusu Kristiano Ronaldo “Golden Foot” (Qızıl Ayaq) mükafatına layiq görülüb. Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 35 yaşlı futbolçunun mükafatı alacağı dekabrın 1-də elan edilsə də, koronavirus pandemiyası səbəbindən təqdimetmə gecikib.

Qeyd edək ki, “Golden Foot” mükafatı 2003-cü ildən verilir. İlk mükafatçı Roberto Baccio olubsa, 2019-cu ildə Luka Modriç bu titula sahib çıxıb. “Golden Foot” futbolçulara həm komanda şəklində, həm də şəxsi idman uğurlarına görə verilən illik beynəlxalq mükafatdır və ən azı 29 yaşında olan oyunçulara verilir.