“Ronaldo qatildir” – “Yuventus”un futbolçusu

33

“Kriştianunun oyun tərzi gənc yaşları ilə müqayisədə dəyişib”.

Bu fikirləri İtaliyanın “Yuventus” klubunun futbolçusu Corco Kyellini “goal.com”a açıqlamasında komanda yoldaşı Kriştianu Ronaldo barədə danışarkən deyib.

İtaliyalı müdafiəçi bildirib ki, 35 yaşlı hücumçu böyük matçlarda qazandığı təcrübə syəsində daha da güclənib: “O, qatildir. Kiçik klublarla oyunlarda parlaq çıxış etməyə bilər. Böyük qarşılaşmalarda isə inanılmazdır. Ronaldu Çempionlar Liqasına daha ciddi köklənir. Matçların intensivliyini və əhəmiyyətini hiss edir. Bu isə onun mühərrikini işə salır”.

Qeyd edək ki, Kriştianu Ronaldo bu mövsüm A Seriyasında 21 qol vurub və 3 məhsuldar ötürmə edib. Digər turnirlərdə isə 4 dəfə rəqib qapılarına yol tapıb./report/