“Ronaldo məşqə hamıdan əvvəl gəlib, hamıdan sonra gedir”

60

“Yuventus”un baş məşqçisi  Andrea Pirlo futbolçusu Kriştiano Ronaldo haqda danışıb. Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki,  o, portuqaliyalı hücumçunun çalışqan olduğunu vurğulayıb:

“Ronaldo çox çalışır. O, məşqlərə hamıdan əvvəl gəlib. Hamıdan sonda gedir. Mövsümə çox yaxşı başlayıb. Sonadək belə performans göstərəcəyinə inanıram. İstərdim ki, hər matçda 1-2 qol vursun. O, bizim üçün həqiqətən də vacibdir. Ronaldo hər kəsə nümunədir”.

Qeyd edək ki, Ronaldo 2018-ci ildə “Real”dan “Yuventus”a transfer olunub.