Roman Qriqorçuk “Qəbələ”dən ayrıldı – RƏSMİ

    6

    “Qəbələ” baş məşqçi Roman Qriqorçukla yollarını ayırıb.

    Hurriyyet.org klubun saytına istinadən məlumat verir ki, bu qərar Azərbaycan Kubokunun final matçının ardından ukraynalı mütəxəssis və klub rəhbərliyi arasında keçirilən görüş zamanı qəbul olunub.

    Görüşdə “Qəbələ” ilə Qriqorçuk arasında müqavilənin uzadılmaması qərara alınıb.

    2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisi olan Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. “Qırmızı-qaralar”la Premyer Liqada 2 dəfə gümüş (2016/17, 2017/18), 2 dəfə bürünc (2014/15, 2015/16) mükafat qazanan ukraynalı 2 dəfə kubokun finalına (2016/17, 2017/18) qədər irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə UEFA Avropa Liqasında çıxış edən “Qəbələ” 2015/16 və 2016/17 mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib.