Roma Papası Yaxın Şərqdəki vəziyyətlə bağlı: “Zorakılıq heç vaxt sülh gətirmir”

    6

    Roma Papası I Fransisk Fələstin və İsrail arasında gərginliklə bağlı narahatlığını bildirib.

    Hurriyyet.org xəbər verir ki, Vatikanda keçirilən mərasim zamanı çıxış edən Roma Papası tərəfləri sülh və əmin-amanlıq naminə dialoqa çağırıb.

    I Fransisk bildirib ki, zorakılıq nəticəsində həlak olanlar və onların yaxınları üçün dualarını davam etdirir:

    “Zorakılıq heç vaxt sülhə gətirib çıxarmır. Müharibə müharibəni, zorakılıq zorakılığı cəlb edib. Mən bütün tərəfləri öz öhdəliklərini yerinə yetirməyə çağırıram ki, ədalət və sülh qələbə çalsın”./trend/