Rıza Çalımbay: “Qarabağ”la oyunda 3 xal qazanmaq istəyirik”

57

“Vilyarreal”la oyunda olduğu kimi, “Makkabi” ilə matçda da bəxtimiz gətirmədi. Zədəli futbolçularımız olduğu üçün əvəzetmə şansımız az idi. Bu baxımdan da çətinlik çəkdik”.

Sportnet.az-ın məlumatına görə, bu fikirləri Türkiyə “Sivasspor”unun baş məşqçisi Rıza Çalımbay “Radyospor”a açıqlamasında komandasının UEFA Avropa Liqasındakı çıxışını dəyərləndirərkən deyib.

57 yaşlı mütəxəssis ardıcıl 2 məğlubiyyətə baxmayaraq, mübarizə apardıqları I qrupundan çıxmaq şanslarının davam etdiyini bildirib: “Qarşıdakı oyunlara baxmalıyıq. Bizi hələ 4 qarşılaşma gözləyir. “Makkabi”ni İsraildə udacağımızı düşünürəm. Həmçinin “Qarabağ”a qalib gələrək, qrupda ilk xallarımızı qazanmaq istəyirik”.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək “Sivasspor” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.