Rio-de-Janeyro karnavalı təxirə salınıb

75

Hər ilin fevral ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən karnaval koronavirus infeksiyasına görə təxirə salınıb. “Report” xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Şəhərin Samba Məktəblərinin Müstəqil Liqasının rəhbəri Jorji Kastaneyrunun sözlərinə görə, karnavalın keçirilmə vaxtı hələ məlum deyil: “Peyvəndin nə vaxt bizdə olacağı ilə bağlı xəbəri gözləyirik”. Eyni zamanda təşkilatçılara görə karnaval üçün alternativ tarix söyləmək də tezdir. Belə ki, bu tədbirə hazırlıq vaxt tələb edir.