“Ərim fahişəlik etməyimi istəyirdi” – Bakıda qətl törədən qadın danışdı

    3

    Bakının Nərimanov rayonunda ərini öldürməkdə təqsirli bilinən Vəfa Orucova barəsində həbs qətimkan tədbiri seçilib.

    Hurriyyet.org xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrlik etdiyi prosesdə istintaq orqanının təqdimatı təmin olunub.

    Vəfa Orucova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

    Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Vəfa Orucova saxlanılıb.

    İstintaqa ifadə verən Vəfa Orucova törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, içki düşkünü olan əri onu pul qazanmağa məcbur edib.

    Bu səbəbdən ər və arvad arasında dəfələrlə mübahisə düşüb. Mübahisə zamanı Rövşən Musayev arvadının fahişəlik edib, pul qazanmasını istəyib. Bu səbəbdən qadın bıçağa əl atmalı olub.

    İstintaq orqanı tərəfindən Vəfa Orucovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Hazırda Nərimanov rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir./teleqraf.com/