“RİA Novosti”nin rəhbəri HƏBS OLUNDU – SƏBƏB

    6

    Ukraynanın Xerson məhkəməsi “RİA Novostinin” Ukrayna bölməsinin rəhbəri Kiril Vışinski barəsində həbs qətimkan tədbiri seçib.

    Bu barədə “Ukraynskaya pravda” məlumat yayıb.

    Məhkəmədə ittihamçı dövlətə qarşı xəyanətdə təqsirləndirilən portal rəhbərinin həbs olunmasını tələb etmişdi. Onun sözlərinə görə, digər qətimkan tədbiri seçilsəydi jurnalist sübutları məhv edib ölkədən qaça bilərdi.

    Məhkəmə müdafiə tərəfinin jurnalistin girov müqabilində şərti azad edilməsi ilə bağlı vəsatətini təmin etməyib.

    Bundan əvvəl Rusiyanın Dövlət dumasının deputatları birgə bəyanat verərək Ukrayna hökumətindən Vışinskinin dərhal azad edilməsini tələb etmişdi. \\Oxu.Az

    HURRİYYET.ORG