“Reuters”:  “Qara dənizdəki təbii qaz ehtiyatları Türkiyəni 20 il təmin edə bilər”

16

Hurriyyet.org xəbər verir ki, “Röyters” informasiya agentliyinə müsahibə verən iki türkiyəli mənbə Türkiyənin Qara dənizdə böyük qaz ehtiyatları tapdığını və qazın əldə ediləcəyi təqdirdə ölkənin enerji asılılığının azala biləcəyini söyləyib.

“Röyters”ə məlumat verən şəxs tapılan ehtiyatların Türkiyənin enerji ehtiyaclarını 20 ilə qədər müddət ərzində təmin etmək potensialına malik olduğunu bildirib.

Türkiyənin “Fatih” qazma gəmisi iyul ayının axırından bəri Qara dənizin Eregil sahillərində Tuna-1 adlandırılan bölgədə fəaliyyət göstərir. Mənbə ehtiyatın Tuna-1 bölgəsində olduğunu və 800 milyard kubmetr həcmində olduğunu güman etdiklərini bildirib. Lakin mənbə bu qazın çıxarılmağa başlaması üçün 7-10 il zaman lazım olduğuna və təqribən 2-3 milyard dollarlıq investisiya lazım olduğunu vurğulayıb.