Restoranlar xüsusi menyu hazırlayıb – QİYMƏTLƏR – “SON ZƏNG”Ə HAZIRLIQ – VİDEO  

    9

    Builki məzunlar artıq son zəng hazırlıqlarına başlayıblar.

    2017-2018-ci tədris ilinin başa çatmasına bir aydan da az vaxt qalıb.

    HURRİYYET.ORG-un məlumatına görə, 11-ci sinif şagirdləri həmin günü qeyd etmək üçün indidən restoranlarda yer sifariş ediblər. Restoran inzibatçılarının sözlərinə görə, şagird sayı az olduğu üçün onlar üçün kiçik zallar ayrılıb.

    Son zənglə əlaqədar şadlıq evləri məzunlar üçün ucuz menyular hazırlayıb. Məsələn, əvvəllər 40-50 manata olan menyulardan bəzi yeməklər çıxarılmaqla indi şagirldərə 25-30 manata təklif edilir.

    Bununla yanaşı, restoranlar şagirdlər üçün spirtli içkiləri menyudan çıxarıblar. Məzunların kənardan spirtli içki gətirməsinə də icazə verilməyəcək.

    Məzun günü ilə əlaqədar restoranlarda olduğu kimi, fotostudiyalara da tələbat artıb.

    Əvvəlki illərdən fərqli olaraq son zamanlar ilin bütün fəsillərində şəkil çəkdirmək dəb olub. Məhz buna görə də məzun fotosessiyasına bir il qabaqcadan başlanılır. Son zəng günü isə ancaq özünün fotosesiyyasını istəyənlər çox olur.

    Qeyd edək ki, 2016 cı ildən etibarən məktəblərdə son zəng tədbirləri 14 iyunda keçirilir. Bu il isə həmin tarix Ramazan ayının sonuncu gününə təsadüf etdiyindən əksər məzunlar vaxtı bir neçə gün sonraya keçirirlər. \\Xezerxeber.az

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: