Restoranlar açılır, məktəblər fəaliyyətə başlayır – Karantin rejimini yumşaldan ÖLKƏLƏR

33
ABD0019_20200406 - WIEN - ÖSTERREICH: Kunden mit Mund- und Nasenschutz in einem Supermarkt in Wien am Montag, 6. April 2020. Seit heute ist das Tragen eines solchen Schutzes in Supermärkten ab einer Verkaufsfläche von 400 m2 verpflichtend. - FOTO: APA/ROLAND SCHLAGER - 20200406_PD0875 |

Hazırda dünyada koronavirusa yoluxanların sayı 3 milyon 568 min 217, ölü sayı isə 248 347 nəfər çatıb. Koronavirus pandemiyasının yayılma tempi yavaş-yavaş azaldıqca, ayrı-ayrı ölkələr sərt karantin rejimini mərhələli şəkildə yumşaltmağa başlayıb.

Hurriyyet.org modern.az-a istinadla Azərbaycan da daxil olmaqla karantin rejimi yumşaldan ölkələrti təqdim edir. Koronavirusun ən çox yayıldığı ABŞ-da mayın 4-dən etibarən 25 ştatda karantin qaydaları yumşaldılır. Məsələn, Texas ştatında restoran, ticarət mərkəzlərinin açılmasına icazə verilib. Karantin qaydalarının yumşaldılmasında növbəti mərhələ mayın 18-nə müəyyən olunub.

Amma bəzi ştatlarda karantinin sərt qaydaları qüvvədə qalır. Kaliforniyada zərurət olamdan evdən çölə çıxmaq qadağası mayın 18-nə, Nyu-Yorkda isə mayın 31-nə qədər uzadılıb.

Karantin qaydalarının yumşaldılması həmin ştatların qubernatorlarının qərarından asılıdır. Prezident Tramp yayın sonlarına qədər, opandemiyanın ən ağır mərhələsinin geridə qalacağını deyib. O, əhalini sosial məsafəd gözləməyə çağırıb.

Pandemiyanın ən ağır fəsadlar törətdiyi İtaliyada isə mayın 3-də sərt karantin tədbirlərinin vaxtı bitir. Mayın 4-dən başlayaraq ölkədə parklar və idman meydançaları açıqlacaq. Tikinti işləri və topdan satış mərkəzləri də 1 metrlik sosial məsafə saxlamaq və maskadan isitfadə etmək şərti ilə işinə başlayır. Regionlar arasında səfərlər qadağa alıtnda qalsa da, bayram və yas mərasimləri üçün istisnalar olacaq. Yas mərasiminə 15-dən artıq şəxs qatıla bilməz.

Muzey və pərakəndə ticarət mərkəzləri mayın `18-dən, gözəllik salonları, bərbərxanalar və restornalar isə iyunun 1-dən işinə başlayır.

Avropada COVİD-19-un əsas ocaqlarından sayılan İspaniyada isə mayın 2-dən başlayaraq əhaliyə idman etmək üçün çölə çıxmağa icazə verilib. Bundan başqa, 14 yaşa qədər uşaqlara gündüz 8-dən 10-a qədər küçəyə çıxmağa icazə verilib. İspaniya hökumətinin virusun yayılma tempindən asılı olaraq, mayın sonuna qədər karantin rejimini uzadacağı, iyunun ilk günlərindən isə karantini ləğv edəcəyi ehtimal olunur.

Fransada sərt karantin rejimi mayın 11-nə qədər uzadılıb. Həmin tarixdən etibarən məktəb, kollec və universitetlər yenidən açılacaq. Bar, restoran və kinoteatrların isə bağlı qalacağı gözlənilir.

Aprelin 20-dən karantin rejiminin yumşaldıöğı Almaniyada isə hökumət növbəti yumşalmanın matyın 6-dan sonra elan ediləcəyini açıqlayıb. Hazırda ölkədə sahəsi 800 kvadrat metrə qədər maqazinlərin açılmasına, yuxarı sinif şagirdləri üçün məktəblərin fəaliyyətə başlamasına icazə verilib.

Avropada vətəndaşların xaricə çıxışına icazə verən ilk ölkə Çexiyadır. Bu ölkədə parelin 25-dən 2500 kvadrat metrə qədər sahəsi olan maqazinlərin açılmasına icazə verilib, fitnes mərkəzləri, kitabxana və kiləsələr açılıb. Mayın 11-dən isə iri ticarət mərzəkləri, barlar, restoranlar işinə başlayacaq. Çexiya hökuməti mayın 25-nə qədər əksər sənaye və təsərrüfat obyektlərini işə salmağı planlaşdırır.

Ermənistanda yüksək yoluxma tempi qalsa da, hökumət mayın 4-dən karantin qaydalarını yumşaldır. Ölkədə maqazinləır, restoranlar, gözəllik salonları və istehsal müəssisələri işinə başlayacaq. İri ticarət mərkəzləri, təhsil müəssisələri və ictiami nəqliyyat isə bərpa olunmayacaq.

Koronavirusa qalib gəlməyə yaxın olduğunu elan etmiş Cənubi Koreyada mayın 6-dan başlayaraq istehsal müəssisələri işə başlayacaq, kütləvi tədbirlərə icazə veriləcək.

İranda mayın 4-dən məscidlərin bərpası, 16 maydan isə məktəblərin açılması gözlənilir.