Restoranda hesab ödəmək istəməyən müştəri dəhşət saçdı – FOTO

6

İstanbulda restoranda silahlı insident yaşanıb.

İddialara görə, gecə saatlarında restoranlardan birinə iki nəfər daxil olub və şorba sifariş ediblər. Yeməklərini yedikdən sonra isə onlar hesabı ödəməkdən imtina ediblər.

İlk öncə ofisinatlarla hesab ödəmək istəməyən müştərilər arasında mübahisə yaranıb, daha sonra isə müştərilərdən biri silahı ilə ofisianta və ətrafa atəş açıb. Gülləsi bitdikdən sonra yaxalanan şübhəli şəxs polis şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır. \\Unikal.org 

 

Restoranda hesab ödəmək istəməyən müştəridəhşət saçdı - FOTO