Respublikaçılar Paşinyanın hökumətindən imtina etdilər

    9

    Ermənistanın Respublika Partyası Nikola Paşinyanın hökumətinin işini sabotaj etməyə hazırlaşmır.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bunu parlamentin vitse-spikeri, partiyanın mətbuat katibi Eduard Şarmazanov yerli “Joxovurd” qəzetinə bildirib.

    “Biz populist addımlara getməyə və Nikol Paşinyanın başçılıq edəcəyi yeni hökumətin işini sabotaj etməyə hazırlaşmırıq. Respublika Partiyası müxalifətə keçib və yeni hökumətdə hansısa postları götürməyə hazırlaşmır. Əgər partiyamızın üzvləri yeni Nazirlər Kabinetində qalmaq istəyərsə, partiya özünün sərt mövqeyini səsləndirəcək”, – Şarmazanov əlavə edib.

    Xatırladaq ki, mayın 8-də Ermənistan parlamenti Nikol Paşinyanı yeni baş nazir seçib. Müxalifət lideri deputatların 59-nin səsini toplaya bilib. Bundan sonra hakim Respublika Partiyası bildirib ki, müxalifətə gedir və hökumətdə bütün postlardan imtina edir.