Rəşid Mahmudov koronavirusdan qorunmağın yollarını açıqladı – EV ŞƏRAİTİNDƏ MÜBARİZƏ APARMAQ OLAR

3

Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov koronavirusundan qorunmağın yolunu açıqlayıb.

Hurriyyet.org xəbər verir ki, Rəşid Mahmudov unikal.org-a açıqlamasında bildirib ki, insan tələfatına səbəb olan epidemiyaya yoluxmamaq üçün Hidrogen Peroksiddən (Perekis) istifadə etmək lazımdır:

"Deyirlər guya koronavirusdan qorunmaq üçün araq içmək lazımdır. Xahiş edirəm belə deyib xalqı alkaş etməsinlər. Perekisi alıb 3 faizli məhlula çevirin onu şprisə doldurub 3-5 kub santimetr səhər-axşam burunlarınızın deşiyinə tökün. Bir də boğazınızı soda ilə qarqara edin, axşamlar da bir diş sarımsaq yeyin koronavirus sizə yaxın da gələ bilməyəcək".