“Repetitor yanına getməmişəm” – 700 BAL TOPLAYAN ABİTURİYENT

    3

    “Xəbəri eşidəndə çox həyəcanlandım. Sual kitabçasına əsasən 700 bal toplayacağımı bilirdim. Lakin yenə də ehtiyyat edirdim”.

    Hurriyyet.org bildirir ki, bu sözləri AzVision.az-a Dövlət İmtahan Mərkəzinin (DİM) 3-cü ixtisas qrupunun abituriyentləri üçün keçirdiyi qəbul imtahanında 700 bal toplayan Bakı şəhəri Nəsimi rayon Texniki-Humanitar liseyinin məzunu Zeynəb Quluzadə deyib.

    Zeynəb sənədlərini Azərbaycan Diplomatik Akademiyasına verəcəyini bildirib: “Hüquqşünaslıq fakültəsində təhsil almaq istəyirəm. Nə repetitor yanına, nə də kursa getmişəm. Məktəbimizdə təhsil yaxşı olduğu üçün hazırlığa getmədim. Məktəb təhsili ilə 700 bal toplamışam”.