“Rəhim Qazıyevə dedim ki, Qraçovla görüşsən səni güllələyəcəyəm” – Sürət Hüseynovdan Şuşa ilə bağlı AÇIQLAMA

87

“Şuşanın işğalında mənim üçün heç bir qaranlıq olan məsələ yoxdur. Şuşanı heç kim düşmənə verməyib. Şuşa sadəcə bacarıqsızlıqdan getdi”.

Hurriyyet.org azpost.info-ya istinadən bildirir ki, bu sözləri Azərbaycanın sabiq Baş naziri Sürət Hüseynov bloger Laçın Məmişova verdiyi geniş müsahibəsində bildirib.

Müsahibədə S.Hüseynov 1992-ci ilin mayın 8-də baş vermiş Şuşanın işağlı ilə bağlı danışıb və maraqlı detalları açıqlayıb. O deyib ki, Şuşaya 2 milyon patron göndərib. “Bilirdim Şuşa getsə vəssalam, hər şey çox pis olacaq”.

“1992-ci il mayın 5-də biz artıq bilirdik ki, Şuşa işğal olunacaq. Amma müdaifə naziri Rəhim Qazıyevin çox ümidlə dediyi “Şuşa getməyəcək, Şuşa getsə başıma bir güllə vuracağam” sözləri bizi bunun baş tutmayacağına əmin etmişdi. Bu sözü o Şuşada deyib”-deyib sabiq baş nazir vurğulayıb.

S.Hüseynovun sözlərinə görə, Şuşa işğal olunduğü gün batalyon komandirləri onun yanına gəliblər: “Otaqda Millii Qəhrəman Şahin Tağıyev , Fred Asif, “Şaqan”, “Qatır” Məmməd və digərləri olub. Çox əsəbi idilər. Mənə dedilər ki, “Rəhim başına güllə vuracaqsa gəlsin bura, bizim yanımızda vursun”. Mən zəng vurdum Rəhim Qazıyevə.. Dedim, “Rəhim, komandirlər yığlılıb səni gözləyir, gəlin”.

Rəhim Qazıyev S.Hüseynova deyib ki, o Rusiyanın müdafiə naziri Pavel Qraçovla görüşə gedir: ”Rəhim mənə dedi ki, “gedirəm Qraçovun yanına. Telefonda qəzəblə Rəhimə “Qraçov da belə-belə olsun. Qraçovun yanına getsən Bakıya qayıtma. Qayıtsan səni tutub burda biz güllələyəcəyik. Gəl bura sənə deyirəm…”.

Bu hədə-qorxudan sonra Müdafiə naziri Sürət Hüseynovun yanına gəlib: “Rəhim Qazyev vertalyotla gəldi… Başladı günahı AXC-nin üstünə yıxmağa. Dedi “Cəbhə batalyonların hamısını çıxartdı, hakimiyyətə gəlmək üçün getdilər Bakıya çevriliş eləməyə…Mən neyləməliydim?” Dedim, a kişi, Şuşaya gələn yolu bağlamaq lazım idi. 20 nəfərlə bağlamaq olardı. Mən Şuşaya ZEO-23-lər vermişdim. Şuşaya girən erməni tanklarını dəlik-deşik edərdi. O silahlardan istifadə olunmadı”.

S.Hüseynov Rəhim Qazıyevin ünvanına sərt ittihamlar səsləndirib: “Rəhim Qazıyev indi   həyasızılığına salıb ən müxtəlif sözlər danışır.  Ayıb olsun ona. Rəhim Qazıyev nazir olanda bir batalyon hazırlayıb döyüş bölgəsinə göndərməyib”.

Polkovnik Sürət Hüseynov 1993-cü il iyun 4-də qaldırdığı hərbi qiyamla tarixə düşüb. İyun qiyamı nəticəsində Azərbaycanda AXC hakimiyyəti devrilib.