Region ölkəsi Qərbə XƏBƏRDARLIQ ETDİ: “Böyük bir böhrana səbəb ola bilər”

    18

    Hurriyyet.org xəbər verir ki, Bolqarıstanın baş naziri Boyko Borisov parlamentdə mətbuat nümayəndələrinin suallarına cavab verərkən ölkəsinin Ukrayna ilə Rusiya ilə gərginliyin artmasına qarşı olduğunu bildirərək deyib: “Hərbi gəmilərin Qara dənizə daxil olması böyük bir böhrana səbəb ola bilər. Biz bunun qarşısını almaq üçün inanılmaz dərəcədə səy göstəririk. Ümidvaram ki, sağlam məntiq üstün gələcəkdir”.

    Borisov Qara dənizdəki ən gözəl turizm və istirahət məkanlarının Bolqarıstanda olduğunu, Qara dənizin turizm, təbii qaz boru xəttləri, bərələrin keçdiyi bir yer kimi qalmasınınn daha yaxşı olduğunu bildirib. Baş nazir söyləyib: “Bir yandan hərbi gəmilərin daxil olması, bir yandan da bu qədər qüdrətli Rusiya donanmasının olması qaçılmaz şəkildə böyük bir böhrana səbəb olacaq”.

    Hurriyyet.org