Ərəb mətbuatı və analitikləri: “Türkiyə bir çox ölkəyə təzyiq göstərdi”

    15

    Hurriyyet.org xəbər verir ki, ərəb mətbuatı və analitikləri Türkiyə dövlətinin Kaşıkçı cinayəti ilə bağlı hadisədə həqiqətlərin ortaya çıxması üçün çox peşəkarlıqla davrandığını və çox düzgün media strategiyası tətbiq elədiyini, bununla da cinayətin ört-basdır edilməsinin qarşısının alındığını yazıblar.

    Mütəxəssislər Türkiyənin hadisənin gündəmdə saxlanılmasında böyük rol oynadığını və yerli hadisə çərçivəsində qalmasının qarşısını alıb, beynəlxalq müstəvidə aşkara çıxarılmasını bacardığını bildirirlər.

    “Anadolu Agentliyi” siyasi analitik və jurnalist Faruk Akkarinin bu sözlərini sitat gətirib: “Bu cinayətin yeganə müsbət cəhəti Türkiyə ərazisində törədilməsidir. Başqa bir ölkədə olsa idi, müxtəlif bəhanələr, üzürlər, səbəblərlə üstü qapanılardı”.

    Fələstinlik siyasi analitik Mahir Hicazi də Türkiyənin Kaşıkçı cinayətini yerli cinayət işindən beynəlxalq mühakimə səviyyəsinə çıxarmağı bacardığını, Səudiyyəli məmurların cinayət təqsiri ilə bağlı artıq beynəlxalq ictimaiyyət qarşısında cavab verməli olduğunu bildirib: “Türkiyənin cinayət hadisəsi barəsində mətbuta məlumat verməsi üçün yüksək media strategiyası var. Texniki və qanuni olaraq, vəzifəsini yerinə yetirməsi üçün mediaya rahatlıq təmin edildi. Tramp isə Səudiyyə məmurlarının bu cinayətlə bağlı düşdükləri kor dalanı istismar edərək, iqtisadi qazanc əldə eləmək üçün Kaşıkçı məsələsini siyasi və iqtisadi bazarlıq obyekti halına gətirdi”.

    Digər fələstinli jurnalist Muaz Həmid də Türkiyənin Kaşıkçı cinayəti işini çox yüksək səviyyədə apardığını, yüksək səviyyəli dilomatikası ilə ağllı və zəkalı şəkildə ələ aldığını bildirərək, bununla əlaqədar, həqiqətlərin əldə edilməsi üçün dünyadakı bir çox hökumətə yüksək təzyiq göstərdiyini vurğulayıb. O, Türkiyə orqanları tərəfindən cinayətlə bağlı mətbuata sızdırılan məlumatların məqsədli və “başqalarının malik olduqları məlumatlar barəsində danışmağa məcbur eləmək” məqsədi daşıdığına işarə vuraraq, bu cür yanaşma sayəsində “cəsəd tapılmasa da”, “çərçivənin böyük bir qisminin tamamlanmasına” nail olduğunu yazıb.

    Türkiyənin beynəlxalq mediaya məlumat sızdırmasının məsələnin dünya miqyasında müzakirəsinin aktivləşməsinə mühüm bir təsiri olduğunu, bunun müvafiq orqanlar tərəfindən ağıllı yanaşma olduğuu vurğulayıb.

    Həmid ABŞ prezidentinin Kaşıkçının qətli ilə bağlı mövqeyi barəsində deyib: “Tramp zəngin bir iş adamıdır, vəssalam. O, Səudiyyə Ərəbistanına neft quyusu kimi baxır. Münasibətlərin davam etdirilməsi üçün əlindən gələni edir”.

    Hurriyyet.org