Ərəb koalisiyasının sutka ərzində Yəmənə 8 aviazərbə endirdiyi bildirilir

81

Hurriyyet.org xəbər verir ki, “Əl Mesire” telekanalının məlumatına görə, son sutka ərzində ərəb koalisiyası sutka ərzində Yəmənə 8 aviazərbə endirib. “Ənsərullah” hərəkatından olan döyüşçülər Ər-Riyadı müvəqqəti atəşkəs rejimini pozmaqda ittiham edirlər.

Altı hava zərbəsi Hace əyalətindəki Harad rayonuna endirilib. Əl Caud əyalətinin Hab və Əş-Şaab rayonlarına da zərbə endirilib.

Qurbanlar və dağıntılar barəsində məlumat verilmir.

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının rəhbərlik elədiyi koalisiya qüvvələri koronavirus epidemiyasının yayılması ilə əlaqədar Yəməndə 9 aprel tarixindən etibarən iki həftəlik atəşkəs elan eləmişdi.

Hurriyyet.org