Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

66

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 10-a olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, hazırda xəstələrin 138-i reanimasiyadadır. 14 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə 2 049 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 874 nəfərə, sağalanların sayı 35 269 nəfərə, vəfat edənlərin sayı isə 556 nəfərə çatıb.