“Real”dan antirekord

78

“Real” Çempionlar Liqasında özünün yeni antirekordunu müəyyənləşdirib. Qol.az “Opta”ya istinadən xəbər verir ki, “kral klubu” buna “Şaxtyor”a 0:2 hesabı ilə uduzmaqla imza atıb. Madrid təmsilçisi qrup mərhələsinin 5 turundan sonra qapısında ümumilikdə 9 top görüb. Bu isə Madrid təmsilçisi üçün ilkdir.

1-ci turda “Şaxtyor”a 2:3 hesabı ilə məğlub olan “Real”  2-ci turda “Borussiya” (Monhenqladbax) ilə 2:2 hesablı heç-heçəyə razılaşıb. Zidanın kollektivi 3-cü turda “İnter”i məğlub edib – 3:2. Komanda 4-cü turda isə Milan klubuna 2:0 hesabı ilə qalib gəlib. Bu, “Real”ın Çempionlar Liqasının 2020/2021-ci illər mövsümündə qol buraxmadığı yeganə matçdır.

Qeyd edək ki, 8 xalla “Borussiya”nın liderlik etdiyi  B qrupunda “Şaxtyor” 7  xalla 2-ci, eyni xalı olan “Real” 3-cü, “İnter” isə 5 xalla sonuncudur.