“Real” “Bavariya”nı finala buraxmadı – VİDEO

    12

    Futbol üzrə UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

    Hurriyyet.org xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab görüşü İspaniyada yerli “Real”la Almaniya çempionu "Bavariya” arasında baş tutub. Səfərdə 2:1 hesabı ilə qalib gələn Madrid klubu finala çıxmağa daha yaxın görünürdü. Amma Münhen klubunun da asan təslim olmayacağı bəlli idi.

    Cavab görüşü daha məhsuldar alınıb. Dörd qolun qeydə alındığı qarşılaşma heç-heçə başa çatıb. Nəticədə, "Real" ilk finalçı olub.

    Qeyd edək ki, digər finalçının adına “Roma” (İtaliya) – “Liverpul” (İngiltərə) matçından sonra aydınlıq gələcək. Bu komandaar arasında Liverpulda keçirilmiş ilk oyunda ingilislər 5:2 hesabıyla qalib gəliblər.

    UEFA Çempionlar Liqası
    Yarımfinalın cavab oyunu

    1 may

    “Real” (İspaniya) – "Bavariya” (Almaniya) 2:2
    Qollar: Kərim Benzema, 11; 46 – Coşua Kimmix, 3. Xames Rodriqes, 63.
    Baş hakim: Cüneyt Çakır (Türkiyə)
    Madrid. "Santyaqo Bernabeu" stadionu.
    İlk oyun – 2:1.